• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq

26-01-2026, 10:30 | Baxılıb: 201
“ADB Azərbaycanın iştirakı ilə sərhəd keçid məntəqələrində modernləşdirməyə 50 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu "İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi" adlı regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir.

Diaspor.info ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təcrübəsi layihədə iştirak edən digər ölkələr üçün model kimi nəzərdən keçirilir.

Layihənin ümumi dəyəri 50 milyon ABŞ dollarıdır, maliyyələşdirmənin ADB-nin kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır.

Bundan əlavə, layihə konsepsiyasının təsdiqlənməsi 2027-ci il noyabrın 26-na, kreditin təsdiqi isə 2028-ci ilə planlaşdırılıb.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb və mənzil qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit Okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.