• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

26-01-2026, 14:00 | Baxılıb: 185
“İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

Türkmənistanın paytaxtı Aşqabad şəhərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 20-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Diaspor.info-ya bildirilib ki, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Babaniyaz Yalakovun sədrliyi ilə keçirilən iclasda BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və SPECA iştirakçı ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edib.

İclasda ölkəmizi iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təmsil edib. Nazir müavini çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Nəqliyyat-tranzit, ticarət, enerji, investisiya, rəqəmsallaşma və digər sahələrdə tərəfdaşlığın regional inkişaf üçün prioritet istiqamətlər olduğu qeyd edilib. Ölkəmiz tərəfindən Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəzərə çatdırılıb. Eyni zamanda, birgə layihələrin dəstəklənməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Qırğız respublikaları ilə yaradılmış birgə investisiya fondlarının əhəmiyyəti diqqətə çatdırılıb.

İclasda SPECA İqtisadi Forumunun yekun sənədi təsdiq olunub, SPECA-nın 2024–2025-ci illər üzrə İş planının icra vəziyyəti müzakirə olunub. İşçi qruplarının fəaliyyətinə dair hesabatlar dinlənilib, əldə olunan nəticələr və qarşıdakı dövr üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. SPECA-nın 2026-2027-cı illər üzrə İş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Qırğız Respublikası seçilib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin 2-ci iclasında iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini SPECA Çoxtərəfli Etimad Fondunun yaradılmasının çoxvektorlu regional əməkdaşlığın inkişafı baxımından mühüm institusional addım olduğunu qeyd edib.

İclasda fondun yaradılması üzrə görülmüş işlər müzakirə edilib və növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində SPECA Çoxtərəfli Etimad Fondunun Maliyyələşdirmə Strategiyası və ilk Təkliflər Çağırışı qəbul edilib.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.