• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır

10-02-2026, 10:00 | Baxılıb: 201
“

Rusiyanın əvvəlki təsir rıçaqlarını itirdiyi, ABŞ və digər qlobal oyunçuların isə iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və diplomatik təşəbbüslər vasitəsilə öz mövcudluğunu gücləndirmək şansı qazandığı Avrasiyadakı kritik geosiyasi yenidənqurma fonunda Azərbaycan ön plana çıxaraq Avrasiya və Hind-Sakit okean regionu arasında strateji körpüyə çevrilir.

Diaspor.info-nun məlumatına görə, bu barədə "Forbes" nəşrinin analitik məqaləsində deyilir.

Materialın müəllifləri qeyd ediblər ki, bu proseslər Şərqi Avropa və Qara dənizdən Türkiyə, Cənubi Qafqaz, Xəzər, Mərkəzi Asiya, Cənubi Asiya vasitəsilə Ərəbistan dənizinə qədər uzanan yeni geoiqtisadi məkan yaradır.

"Tarixən bu geniş quru sahəsi rəqib imperiyaların – yunan, fars, Roma, Bizans, ərəb, türk, monqol və rus imperiyalarının qarşıdurma arenası olub. Bu gün formalaşan Trans-Avrasiya şəbəkəsində Azərbaycan Avropa, Avrasiya və Hind-Sakit okean iqtisadi sistemini və təhlükəsizlik arxitekturasını birləşdirən strateji körpü rolunu oynayaraq kilid mövqe tutur. Müvafiq olaraq, ABŞ-nin Bakı ilə qarşılıqlı fəaliyyətini dərinləşdirməsi regionda dəyişən güc balansına təsir göstərmək üçün kritik dərəcədə vacib rıçaqa çevrilib", – məqalədə deyilir.

Analitiklər həmçinin göstəriblər ki, Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəliş aktuallığını itirib və ləğv edilməlidir. Ekspertlər İrəvanın öz xarici siyasətinə zidd olaraq bu düzəlişin saxlanmasını uğursuzcasına müdafiə edən məhdud dairələrin səylərini "diaspor tərəfindən idarə olunan partiyalı lobbiçiliyin inadkarlığı" adlandırıblar.

"Onlar ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına – TRIPP layihəsini və onun Vaşinqtona vəd etdiyi strateji dividendləri təhlükə altına atmaqla xələl gətirirlər", – məqalədə qeyd olunub.

"Forbes" xatırladıb ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfəri Ermənistan vasitəsilə Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək strateji tranzit dəhlizinin – "Beynəlxalq sülh və firavan həyat naminə Tramp Marşrutu"nun inkişafını sürətləndirmək məqsədi daşıyır.

"Vensin turu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev (3–4 fevral) və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin (5–6 fevral) strateji əlaqələri gücləndirmək, ticarəti genişləndirmək və Mərkəzi Asiyanı Pakistan limanları və dünya bazarları ilə birləşdirən tranzit marşrutlarını inkişaf etdirmək üçün Pakistanla son təmaslarından sonraya təsadüf edir.Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın iştirakı ilə əlaqələndirilmiş təşəbbüslər – Rusiyanın geri çəkilməsi, Çinin həddindən artıq genişlənməsi və İranın qeyri-sabitliyi fonunda Avrasiyanın güc dinamikasını yenidən formalaşdırır və ABŞ-nin öhdəliklərin yenidən bölüşdürülməsinə və müttəfiqlik öhdəliklərinin korrektə edilməsinə yönəlmiş yanaşmasını gücləndirir. Bu formalaşan arxitektura çərçivəsində Azərbaycan Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Hind-Sakit okean regionu arasında əsas əlaqələndirici körpü rolunu oynayır", – materialda bildirilir.скачать dle 10.6фильмы бесплатно


201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.