• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub

17-03-2026, 21:00 | Baxılıb: 169
“Ötən il xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 19 milyard dollar olub

2025-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 18,9 milyard dollar təşkil edib.

Diaspor.info Mərkəzi Banka istinadla xəbər verir ki, bunun 10,3 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 8,6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 19,1 faiz azalaraq 1,7 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,6 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri əhəmiyyətli azalaraq 32,6 milyon dollar təşkil edib.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,6 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 5,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,9 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.

Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 3,6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,7 milyard dollar təşkil edib. Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 29,8 faiz artıb, idxalı isə 7,8 faiz azalıb. Bu müsbət dinamika nəqliyyat xidmətləri üzrə profisitin əhəmiyyətli genişlənməsini şərtləndirib və onun profisiti 49,1 faiz artaraq 1,9 milyard dollara çatıb.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ildə 1,3 milyard dollar təşkil edib. 2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3,5 milyard dollar olub.

Ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olub, ixrac 2 milyard dollar olmaqla 1,5 milyard dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,3 faiz Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15 faiz artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,5 milyard dollar olub. Bunun 74,9 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 29,2 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 5,9 faiz artaraq 2,2 milyard dollar olub.скачать dle 10.6фильмы бесплатно


169

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.