• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

"AzerGold" "Şəhərsalma və Memarlıq İli"ndə yeni xatirə sikkəsi təqdim edəcək

8-04-2026, 16:00 | Baxılıb: 176
“

“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.

“AzerGold”dan Diaspor.info-ya verilən məlumata görə, yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Sikkədə memarın və onun davamçılarının ərsəyə gətirdiyi tarixi tikililər təsvir olunub.

Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb. Bu qabaqcıl texnologiya sayəsində sikkə üzərində ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlər əldə olunub. Nəticədə məhsul klassik zərb texnikasından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş ilə seçilir.

Layihənin məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli şəxsiyyətin xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş alıcı auditoriyası üçün nəzərdə tutulub.

“AzerGold” QSC bundan əvvəl də tarixi-mədəni irsin təbliğinə yönəlmiş müxtəlif məhsullar istehsal edib. Bu sıraya “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan”, “Naxçıvan” kolleksiyaları daxildir. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsini həm yerli, həm də beynəlxalq səviyyədə tanıtmağa xidmət edəcək.скачать dle 10.6фильмы бесплатно


176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.