• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22-04-2026, 21:00 | Baxılıb: 165
“Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Energetika naziri Pərviz Şahbazovla İrlandiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən Diaspor.info-ya bildiriblər ki, görüşdə Azərbaycanla İrlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Parlamentlərarası əlaqələrin münasibətlərin möhkəmləndirilməsində, eləcə də yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rolu vurğulanıb. Enerji sahəsində mövcud qlobal çağırışlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə sabit və etibarlı enerji təchizatçısı kimi verdiyi töhfələr qeyd olunub. Ölkəmizin xam neft və təbii qaz ixracı, həmçinin enerji sisteminin şaxələndirilməsi çərçivəsində bərpaolunan enerji mənbələrinin inkişafı və regionlararası yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. İrlandiya nümayəndə heyəti ölkələrinin enerji keçidi siyasəti, bərpaolunan enerji mənbələrinin inkişafı və enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdıraraq, Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Görüşdə ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft təchiz edildiyi qeyd olunub. Mayeləşdirilmiş təbii qaz (LNG) sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, həmçinin İrlandiya şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrinə, o cümlədən istehsal və ötürmə sahələrinə investisiya yatırmağa dəvət olunub.

Söhbət zamanı İrlandiya tərəfinin “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.скачать dle 10.6фильмы бесплатно


165

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.