• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanla Türkiyə arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb

18-05-2026, 22:00 | Baxılıb: 164
“Azərbaycanla Türkiyə arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb

Mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalanması mərasimi olub.

Diaspor.info xəbər verir ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, Türkiyənin enerji sahəsində böyük təcrübəsi mövcuddur. "Bizim ölkəmiz də müvafiq qanun qəbul edərək Enerji Effektivliyi Fondu yaratdı. Bu sahədə müxtəlif layihələr icra etmək niyyətindəyik. Enerji səmərəliliyi barədə maarifləndirmə istiqamətində böyük işlər görülüb. Bu sahə böyük əhəmiyyət kəsb edir və adətən "gizlədilmiş bir enerji mənbəyi" kimi xarakterizə olunur", - deyə nazir qeyd edib.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum Azərbaycan və Türkiyə Prezidentlərinin ortaya qoyduğu güclü dostluq iradəsinin iki ölkənin daha sıx əməkdaşlığına imkan yaratdığını qeyd edib.

" COP31 Türkiyədə keçiriləcək və biz Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən faydalanırıq. COP31-ə gedən yolda sizin rəhbərliyinizlə qazanılan təcrübə bizim üçün önəmlidir. Ən mühüm gündəm maddələrindən biri təmiz enerjidir və mövcud qlobal böhranlar bu prosesin nə qədər çətin olduğunu göstərir. Bu mənada Azərbaycanın dəstəyi çox əhəmiyyətlidir",- deyə türk nazir əlavə edib.

Murat Kurum bütün bunlarla yanaşı, Azərbaycanın və Türkiyənin dünyaya rol model olmalı və hər sahədə güclərini birləşdirməli olduğunu diqqətə çatdıraraq deyib: "Dünyada hələ də elektrik enerjisinə çıxışı olmayan insanlar yaşayır. Bu məsələdə də sizinlə birlikdə ortaq bir iradə və duruş nümayiş etdirməliyik. İnanırıq ki, Türkiyə və Azərbaycan hər zaman türk dünyasının səsini ucaltmağa və dünyaya duyurmağa çalışacaq".

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 ilə bağlı da birgə fəaliyyət göstərdiklərini qeyd edib. O, bugünkü sazişin iqlim məsələlərinə və bu istiqamətdəki qlobal hədəflərə böyük töhfə verəcəyinə inandığını bildirib.

Daha sonra nazirlər Pərviz Şahbazov və Murat Kurum “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.скачать dle 10.6фильмы бесплатно


164

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.