• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır

2-06-2026, 14:00 | Baxılıb: 126
“Rövşən Nəcəf: Bizim üçün növbəti mərhələ məlumat mərkəzləri və süni intellekt sahəsinə daxil olmaqdır

Bu gün SOCAR neft, təbii qaz və elektrik enerjisi istehsalını özündə birləşdirən inteqrə olunmuş enerji şirkətidir.

Diaspor info xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

“Biz fəaliyyətə neft şirkəti kimi başladıq. Daha sonra neft-qaz şirkətinə çevrildik. Sonrakı mərhələdə isə bərpaolunan enerji mənbələrini portfelimizə əlavə etməklə enerji şirkətinə transformasiya olduq. Ardınca kombinə edilmiş dövriyyəli qaz elektrik stansiyalarını da fəaliyyət istiqamətlərimizə daxil etdik. Fikrimcə, bizim üçün və ümumilikdə enerji sektorundakı bir çox şirkətlər üçün növbəti mərhələ süni intellekt və məlumat mərkəzləri sahəsinə daxil olmaqdır. Bu, sektorun inkişafının təbii nəticəsidir. Uzunmüddətli perspektivdə rəqabət qabiliyyətimizi qorumaq üçün biz də məlumat mərkəzlərinə və süni intellekt infrastrukturuna investisiya yatırırıq. Əslində, bu, yalnız neft şirkətindən enerji şirkətinə deyil, enerji şirkətindən daha geniş texnologiya və enerji ekosisteminə malik bir quruma çevrilmək prosesidir. Bu transformasiya SOCAR-ın insan kapitalının strukturuna da ciddi təsir göstərir. Əvvəllər SOCAR əsasən Azərbaycan mütəxəssislərindən ibarət bir şirkət idi. Bu gün isə beynəlxalq ekspertlərin sayı getdikcə artır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərimizdə rəhbər vəzifələrdə, o cümlədən yüksək səviyyədə çalışan xarici mütəxəssislərin sayı da yüksəlir. Nəticədə SOCAR təkcə beynəlxalq enerji şirkətinə deyil, eyni zamanda, beynəlxalq insan kapitalına malik qlobal təşkilata çevrilir”, - deyə o qeyd edib.скачать dle 10.6фильмы бесплатно


126

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Meksika nəşri Azərbaycan diasporundan yazıb
Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb
İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

Meksika nəşri Azərbaycan diasporundan yazıb

Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilib

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

Magistraturaya ixtisas seçimi başlayıb

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.