• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında iki məsələ müzakirə edilib

2-04-2020, 16:00 | Baxılıb: 150
“Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında iki məsələ müzakirə edilib

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında iki məsələ müzakirə edilib



Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib. Diaspor.infonun xəbərinə görə, komitə sədri Qənirə Paşayeva bildirib ki, gündəliyə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib. Birinci məsələ ilə bağlı bildirilib ki, adları çəkilən qanunlara nəzərdə tutulan dəyişikliklər "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" tərəfindən dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasını təmin etmək, Azərbaycan Respublikasının dövlət dilinin hüquqi statusunu, onun işlənməsi və inkişafı üçün zəruri olan tədbirlərin görülməsi, televiziya və radio kanallarında, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dilin normalarının pozulması hallarının, habelə leksik və qrammatik qaydalara riayət edilməməsinin, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə isə "Kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması" adlı yeni 533-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Müəllif: Nailə Məhərrəmovaскачать dle 10.6фильмы бесплатно


150

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO
Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ
Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb
Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH
Dünya əhalisinin sayı 8 milyardı ötüb
Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb - FOTO

Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları artıb

Ərzaq təhlükəsizliyimizin təmin olunması üçün geniş imkanlar yaranır ŞƏRH

Dünya əhalisinin sayı 8 milyardı ötüb

Yerüstü piyada keçidlərinin tikintisi davam edir - FOTOLAR 14:48 | 85

Çin Tayvan boğazında təlimləri bərpa edir

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

“Azərbaycan region ölkələrini sülh və inkişafa dəvət edir” - Kamaləddin Qafarov

I və IV qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.