• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ZAQATALA SƏHİYYƏSİ DÜNƏN VƏ BU GÜN, BƏS ƏSLİNDƏ VƏZİYYƏT NECƏDİR?

14-04-2023, 10:00 | Baxılıb: 235
“ZAQATALA SƏHİYYƏSİ DÜNƏN VƏ BU GÜN, BƏS ƏSLİNDƏ VƏZİYYƏT NECƏDİR?

ZAQATALA SƏHİYYƏSİ DÜNƏN VƏ BU GÜN, BƏS ƏSLİNDƏ VƏZİYYƏT NECƏDİR?



ZAQATALA SƏHİYYƏSİ DÜNƏN VƏ BU GÜN, BƏS ƏSLİNDƏ VƏZİYYƏT NECƏDİR?

Zaqatala səhiyyəsində vəziyyətin günü-gündən pisləşməsi haqqında mən dəfələrlə yazmışam. Təbibin rəhbərini də buna görə tənqid atəşinə tutmuşam, çünki əlimdə tutarlı faktlar var idi. Bəs bu gün bunu niyə etmirəm, nədən bu qədər vaxta gözləməli oldum. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Tamara Nurəliyevanın necə işləyəcəyini və nüfuzdan düşmüş bir müəssisəni hansı səmtə aparacağını gözləyirdim. Əvvəlki direktor, yəni Məcid doktor bu müəssisəyə daha çox yüngül həyat sürən xanımları cəlb edərək, tibb müəssisəsinin nüfuzunu aşağılamışdır. Bu məsələni çox da, araşdırmağa ehtiyac yoxdur, sosial şəbəkələrdə yayılan “Porno-video” bütün suallara cavabdır. Sual oluna bilər ki, bu insanın şəxsi həyatıdır, kimə nə dəxli var? Bəli bu kiminsə şəxsi həyatıdır, ancaq məsələ burasındadır ki, ali təhsilli xanımlar işsiz qala-qala Məcid doktor yalnız axtarıb yüngül həyat sürənləri işə cəlb edir, niyə? Bu barədə Zaqatala ictimaiyyəti arasında yetərincə nüfuzu olan yaxşı dostlarım mənə müraciət etdilər ki, bəs bizim də qız övladlarımız orada işləyir, buna son qoymaq üçün bizə kömək edin. Mən də, qıssa müddətdə mediada gedən Zaqatala rayon mərkəzi xəstəxanası haqqında tutarlı və əsaslı tənqidi yazılar yazdım. Nəticə göz qabağındadır, ən azından daha Məcid doktor yoxdur. Tamara Nurəliyeva işini heç kimin gözləmədiyi səviyyədə tutmağı bacardı. Belə ki, peşəkarcasına rəhbərliyə start verdi. Yəni Təbib rəhbərinin etimadını doğrulda bildi. Əvvəlcə pozulmuş nizam-intizamı qaydasına saldı. Xəstəxana daxili qruplaşmaları darmadağın etdi, bir dəstə qız oturub çay içə-içə xəstələrə yuxarıdan aşağı baxa bilmədilər, hamı artıq öz işi ilə məşğul olmağa başladı. Bu hərəkəti əvvəlcə tibb personalını narahat etsə də, sonradan onlar özləri də, etiraf etdilər ki, indi işləmək daha rahat olub. Ən başlıcası əxlaqsızlığı yığışdıra bildi, bu gün heç kim bu müəssisəyə əvvəlki gözlə baxa bilməz, buna vicdanı da yol verməz.
Mən həmişə yazı yazarkən, hətta tənqidi yazılar yazarkən, ayrıca həkimlərin fəaliyyəti haqqında əsaslı təriflər yazırdım. Rəhmətlik Hikmət Atayevin həkimliyinə kim şübhə edə bilər?, Nəriman doktoru kim dana bilər, mənim şəxsən tanıdığım və şəxsi həkimim olan Rövşən doktoru danmaq olmaz, axı bunlar Zaqatala səhiyyəsinə həmişə nüfuz gətirən olublar. Onların davamçıları da, vardır
Mənim günü bu gün də Azərbaycanda ən etibar edib, güvəndiyim, yəni canımı etibar etdiyim tibb müəssisəsi DTX Hospitalıdır. Bakıda olduğu üçün bəzən ora gedə bilmirəm. Və məcbur qalıb Zaqatala rayon mərkəzi xəstəxanasına müraciət edirəm. İlk öncə başlayım Labaratoriyadan, Vüsalə doktorun cavablandırdığı analizlərini DTX hospitalında yoxlatdırdım. Hər şey eynisi ilə düz çıxdı. Mən bu doktora necə minnətdarlıq etməyim? İnsan öz vicdanı qarşısında hesabat verməlidir.!!!
Nigar doktorun USM cavablarını da DTX hospitalında yoxlatdırdım, Fuad doktor mənə dedi ki, daha bura gəlmə, bu xanımın USM nəticələrini votsapla mənə göndər vəziyyəti müzakirə edək. Bəzən özəllərə qaçmaqla düşünürük ki, orada daha yaxşı həkim tapa bilərik. Mənim Zaqatala xəstəxanasında müalicə həkimim, yəni əsas həkimim Nərmin xanımdır, Endekrinoloq, onu da hamı tanıyır. Bu insan çox savadlıdır, fərqi yoxdur harada işləyir, əsas odur ki, savadlıdır. Bundan əlavə Ukraynadan bir ailə qonağım olmuşdur, yaşlı ər-arvad idi, onların da qadın həkiminə ehtiyacı olmuşdu. Rəna doktorla görüşüb, söhbət etdim, qonaq olduqlarını dedim, və təmənnasız qəbul edib müayinə etdi. Çölə çıxanda qonağım o qədər həkimin savadından danışdı ki, dedi ki, Ukraynada mənim qəbuluna getdiyim həkimlərdən də, yaxşı savadı vardır. Yaxşı indi necə edək, hökmən rusiyadan, isveçrədən həkim gətirək ki, onu hamı bəyənsin?
Əgər bu gün hər bir kişi öz həyat yoldaşını qəbulda oturan xanımlarla təmasa ürəklə icazə verirsə, deməli Zaqatala səhiyyəsində xeyli dəyişiklik olub və bunu danmaq nankorluqdur.
Bax buna görəTamara doktorun fəaliyyətini bəyəndim, çünki Zaqatala səhiyyəsini çirkabdan çıxara bildi. RMX-ni nüfuzdan salanları işdən çıxarmaqla sübut etdi ki, toxunulmaz kadr yoxdur və hamı xəstəxanaya Dövlət müəssisəsi kimi baxmalıdır. Bu gün həmin o, qeyri-etik mövzuda heç kim şikayət etmir.
Sonda demək istəyirəm ki, İDEAL YALNIZ ALLAHDIR. Hər bir insanın, səhvi ola bilər. Tamara Doktor gəldiyi gündən neçə -neçə şəhid ailələrinin üzvlərini işlə təmin edib. Mənim şəxsən tanıdığım ailələr var. Qazilərin, müharibə iştirakçılarının müalicəsi ilə şəxsən maraqlanıbsa, onda biz bundan daha nə istəməliyik?
Allah Zaqatala həkimlərini qorusun, hər bir insan kimi bizim də canımız ağrıyanda onlara möhtac qalırıq...


Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


235

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.