"Paşinyana 4750 əsgərin öldüyü barədə təsdiqlənmiş məlumat verilib" Mikayel Minasyan
"Məhz Ermənistanda açıq şəkildə yalan danışmaq, ölən uşaqların cəsədlərini soyuducularda günlərlə gizlətmək olar, çünki Nikol və Anna tərəfindən qurulmuş cədvələ görə, gün ərzində ortalama 30-40 ölü adının dərc edilməsinə icazə verilir." DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Müqəddəs Taxtda, Portuqaliyada və Maltadakı keçmiş səfiri, tarix elmləri namizədi Mikael Minasyan Facebook səhifəsində paylaşım edib.
"Nikol Paşinyan ölümə hörmət etmir və heç vaxt da hörmət etməyib. Nikol hər şeyi etdi ki, müharibə qurbanlarının “üzü” qalmasın. Nikol, dırnaqarası "qələbə" xəbərləri ilə bağlı aldatmalarilə bəslənən cəmiyyətin faciənin miqyasını, hərbi əməliyyatlar coğrafiyasını, özlərini ət dəyirmanında tapmış ermənilərin acı taleyini və bu bacarığı reallaşdıran əsgərlərin fədakarlığını dərk etməməsi üçün ölmüş erməni əsgərlərinin dəfn mərasiminin lentə alınmasını da qadağan etdi. Nikol əsgərlərin ölümünü simasız və son dərəcə cüzi siyahılara çevirdi, hər gün bir neçə ad yayımladı. Nəticədə, ölüm qavrayışını, erməni əsgərlərnin fədakarlığının səviyyəsini itirdik, müharibənin hər günü üçün nə qədər qurbanlar verildiyini anlamadıq.
Müharibənin ilk günündən ölümlərin həqiqi sayını gizlətmək üçün biabırçı və dəhşətli bir proses başladı. Ermənistandakı bu əməliyyata şəxsən Nikol, Dağlıq Qarabağda isə həyat yoldaşı rəhbərlik etdilər.
Yəqin Ermənistan cəmiyyəti bilmir ki, Gorus, Sisian, Vanadzor, Qumri, Eçmiadzin və İrəvan meyitxanalarında hələ də yer yoxdur. Müharibənin ilk günlərindən əsgər cəsədləri koronavirusdan ölənlər üçün nəzərdə tutulan Abovyan meyitxanasında belə saxlanılırdı. Bu xatirə evlərinin qarşısında iki aya yaxındır oğullarının qalıqlarını gözləyən, övladlarını itirən valideynlərin sonsuz növbələri düzülüb. Atalar, hətta oğlanlarının qalıqlarını da olsa ən qısa müddətə dəfn etmək üçün rüşvət vəd edirlər. Erməni analar oğullarının cəsədlərini alanda təsəlli tapırlar ki, heç olmasa oğullarının qəbri olacaq.
Bütün bunlar, 21-ci əsrdə, heç nəyi gizli saxlamağın mümkünsüz göründüyü zamanda Ermənistanda baş verir. Belə çıxır ki, məhz bu Ermənistanda açıq şəkildə yalan danışıla, ölən uşaqların cəsədləri soyuducularda günlərlə gizlədə bilər, çünki Nikol və Annanın təyin etdiyi cədvələ görə orta hesabla 30-40 ölü adının dərc edilməsinə yalnız icazə verilir.
Müharibədə hələlik son ölüm sayı dəqiqləşdirilməyib. Əslində var, amma hələ ictimaiyyətə çatdırılmayıb, gizlədilir. Fakt budur ki, 5 gün əvvəl Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi Nikola bu ana olan məlumatlara görə bir sıra statistiq rəqəmlər təqdim edib.
Bu rəqəmlər oxucuların diqqətinə çatdırılır.
2250 ölü (yarılma aparılıb)
1400 ölü (yarılma hələ aparılmayıb),
1100 - itkin,
4750 nəfər ölünün sənədləri baş nazirə təqdim edilib,
4750 ad, soyad və taleh, 4750 bədbəxt ailə, 4750 sönmüş işıq, 4750 yerinə yetirilməmiş xəyallar, arzular, 4750 sadəcə bir rəqəm deyil, ermənilərin balalarıdır. Bu bütöv bir nəsildir. Bura böyük bir şəhərdir. Bu böyük bir ordudur.
Bu kabusdan məsul olanlar o qədər həyasız oldular ki, müharibənin son həftəsində qurbanların adlarını dərc etməyi belə tamamilə dayandırdılar. Ölülər üçün vida mərasiminin keçirilməsinə də icazə verilmir. Bu reallıqdır.
Lanet olsun sizə, bir dəstə alçaq, küfr edənlər", deyə Mikayel Minasyan bildirib.
Müəllif: İnam Hacıyev