Sülhməramlıların hərəkətinə vertolyotla nəzarət olunur - Video
Dağlıq Qarabağa gedən sülhməramlılar karvanına Rusiyaya məxsus vertolyotlar nəzarət edir.
DİASPOR.İNFO “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik vertolyotların İrəvandakı Erebuni aviabazasından havaya qalxma anını əks etdirən görüntüləri paylaşıb.
Qeyd olunub ki, “Mi-8” və “Mi-24” hərbi vertolyotları İrəvandan Qarabağa doğru gedən sülhməramlıları müşayiət edir.
[media=https://ok.ru/video/2024893713002]
214