Andanik Tevanyan: “Belə bir ucuz hərəkət yalnız onun ağlına gələ bilərdi” QƏZƏB
“Mitinqə hərbi forma geyinmiş insanları çıxarıb onlara “Biz Nikol Paşinyana həyatlarımızı qurtardığına görə minnətdarıq” ifadəsinin dedizdirilməsi andından dövlət ölür. DİASPOR.İNFO xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində “Politekonomiya” araşdırmalar institunun rəhbəri Andranik Tevanyan yazıb.
O, qeyd edib ki, Nikol Paşinyanın kapitulyasiya aktı artıq özü-özlüyündə məğlubiyyətin əsl səbəblərini ortaya çıxarıb.
“Hərbi forma geyinmiş insan necə ölümdən qorxa və kapitulyasiyanı müdafiə edə bilər?”
“Hakimiyyətə rəhbərlik etməsinə rəğmən o dərəcədə eqosentrik olmaq, dövləti sevməmək, öz canının hayına qalmaq, vəzifə barədə düşünmək lazımdır ki, Respublika meydanına gədə-güdələri yığıb kapitulyasiyanı təriflətdirəsən”, yazan Andranik Tevanyan onu da sual edib ki, axı ölkəsini və dövlətçiliyini məğlubiyyətə, kapitulyasiyaya məruz qoyan, süquta uğradan liderin müdafiəsinə görə (hətta yüz nəfər olsa belə) dünyanın başqa hansı dövlətində belə bir mitinq keçirilə bilərdi? SİTAT: “Hərbi forma geyinmiş insan necə ölümdən qorxa və kapitulyasiyanı müdafiə edə bilər? Hətta qorxsa da belə, heç nəyə baxmadan belə bir halı təbliğ etmək doğru deyil, çünki hərbçilər vətənə görə həyatını qurban vermək üçün and içirlər”.
“Ermənistan boyu praktiki ölümcül zərbə almışıq”
Erməni politoloqu daha bir məqama toxunub və etiraflarda bulunub: “Bir çoxları hələ anlamırlar ki, biz yalnız “artsaxı” (dırnaqlar bizimdir) itirməmişik, həm də “ikinci erməni dövlətini” itirərək bütün Ermənistan boyu praktiki ölümcül zərbə almışıq. Bizim ordumuz 2020-ci ilin 27 sentyabrına qədər ən legitim dövlət strukturu idi. Əsas dövlət institutlarından biri idi ki, onun haqqında demək olar ki, heç bir şübhələr yaranmırdı. İndi bu institut dağılıb, bizim dövlətçiliyimizin legitimlik əsası ciddi zərbə alıb”.
Andranik Tevanyan bildirib ki, Paşinyan tərəfindən hərbi forma geyindirilmiş insanlar vasitəsi ilə səhnələşdirilən kapitulyasiya mitinqi ordumuzun sonuncu qalan hissəsinə təhlükə yaradır. “Yəni dövlətimizin legitimliyinə. Belə bir ucuz hərəkət yalnız onun ağlına gələ bilərdi”, erməni politoloqu bildirib.
Rövşən RƏSULOV