"İnanırıq ki, 5 ildən sonra Ağdama gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq" Ettore Rosato
"Ağdamda müharibənin acınacaqlı nəticələrinin, dəhşətli üzünün, dağıntıların şahidi olduq. Bundan təsirli görüntüləri görmək mümkün deyil". DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bu sözləri İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato Ağdamda jurnalistlərə bildirib.
Ettore Rosato qeyd edib ki, burada bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.
Müəllif: Ceyhun Rasimoğlu