"Baba mənə avtomat al, gedək atamla bir yerdə türklərə atəş açaq” Erməni KİV
İtkin düşmüş erməni əsgərinin qohumu:"Hansı ordu? Çoban general-leytenant bizim uşaqları ölümə apardı, itirdi”
İtkin düşmüş erməni hərbçilərinin valideyinləri bu gün yenidən Eçmiədzindəki (Üçmüəzzin) hərbi hissənin qarşısına toplaşıblar. DİASPOR.İNFO xəbər verir ki, bu barədə aysor.am saytı yazır.
“Mən nəvəmdən soruşuram ki, sənə nə alım, o cavab verir: Baba mənə avtomat al, gedək atamla bir yerdə türklərə atəş açaq”, itkin düşmüş erməni hərbçilərindən birinin qohumu hərbi hissənin qarşısındakı podpolkovnikə bildirib.
"Generalların paqonlarını söküb, zibil yeşiklərinə atın...Onlar uşaqlarınızı ölümə aparacaqlar, türklərə verib özləri qaçacaqlar"
“Mən müdafiə nazirinə deyirəm ki, bir sıra generalların paqonlarını söküb, zibil yeşiklərinə atın. Xalqım, övladlarınızı bu generallara etibar etməyin, onlar uşaqlarınızı ölümə aparacaqlar, türklərə verib özləri qaçacaqlar. Yaxşısı budur ki, iki il həbsdə otursunlar, ancaq orduya getməsinlər. Hansı ordu? Çoban general-leytenant bizim uşaqları ölümə apardı, itirdi”, daha bir hiddətli erməni deyib.
Hərbi hissənin podpokovniki isə jurnalistlərlə söhbətində onlları inandırmağa çalışıb ki, son dəqiqələrə qədər öz əsgərləri ilə bir yerdə olub.
Rövşən RƏSULOV