Yerevanda aeroporta gedən yolu bağladılar Baş nazirin istefasını tələb edirlər
Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası iştirakçıları hava limanına gedən yolu bağlayıblar.
Erməni KİV-lərinin veridyi məlumata görə, yolu bağlayan etirazçılar ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Etirazçılardan biri bildirib ki, etiraz aksiyaları "satqın" vəzifəsini tərk edənə qədər davam edəcək: "Biz "satqın" vəzifəsini tərk edənə qədər davam edəcəyik ki, danışıqlar apara bilən bir yeni insan gəlsin, nəyisə dəyişmək mümkün olsun. Bu 2,5 ildə hər şey yalan və saxta idi, yalançı Nikol getməlidir".
269