NİKALAYEV AZƏRBAYCANLILARI PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK ETDİLƏR.
Diaspor.ino-nun Ukrayna bürosu xəbər verir ki, Ukraynanın Nikalayev şəhərində bir qrup tanınmış Azərbaycanlı Prezident İlham Əliyevə video-müraciət ediblər.
Nikalayev Azərbaycalıları diasporunun sədri Yunus Alıyev və Şirinov qardaşlarından biri Umud Şirinov öz ürək sözlərini video-müraciət vasitəsiylə Dövlət başçımıza ünvanlayıblar.
Yunus Alıyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılıması yolunda böyük xidmətləri olan bir ağsaqqalımızdır. Təkcə bir faktı qeyd etmək istərdik: Yunus Alıyev “416”-cı Taqanrok diviziyasının şərəfinə abidənin ucaldılması üçün Bakı şəhərində öz şəxsi mənzilini sataraq oraya xərcləmişdir. Uzun illər diasporadakı xidmətləri cənab Prezident İlham Əliyevin də, diqqətindən yayınmamış və Yunus Alıyev “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Şirinov qardaşları isə öz qəhrəmanlıqları ilə Azərbaycanı bütün dünyaya bir daha tanıdanlardır. Belə ki,yol kənarında avtoqəza etmiş avtomobilin alışıb yandığını görən Şirinov qardaşları dərhal qəzada sıxışmış və huşsuz vəziyyətdə olan bir ailəyə yardım etmişdilər. Hansı ki, Ukraynalılar maşının ətrafında dövrə vurub, yanan avtomobilə baxaraq yardıma cəhd belə etməmişdilər. Doğrudan da, maşın hər an partlaya bilərdi, ancaq Şirinov qardaşları içərisində körpə uşağın da, olduğu maşındakı ailəni xilas etmişdilər. Bu hadisə Azərbaycan xalqının necə qəhrəman və humanist olduğunu bir daha dünyaya sübut etdi. Hadisə Prezident İlham Əliyevin də, diqqətindən qaçmadı. Şirinov qardaşları Azərbaycana dəvət olundular və Prezidentlə birlikdə Birinci vitse Prezident Mehriban Əliyeva qardaşları qəbul edərək, səmimi söhbət etdilər. Prezident İlham Əliyevin sərəncamıyla hər iki qardaş “İgidliyə Görə” medalı ilə təltif olundular.
Prezident İlham Əliyevi İkinci Qarabağ savaşı, “ Vətən müharibəsində” əldə olunmuş qələbə münasibəti ilə təbrik edən tanınmışlar redaksiyamıza öz istəklərini belə bildirdilər: Biz istəyirik ki, Prezident İlham Əliyev Azərbaycanın ömürlük Prezidenti olsun.
Həmin video-müraciəti oxucularımıza təqdim edirik.
DİASPOR.İNFO
UKRAYNA BÜROSU.
660