Ermənistanın hərbi və informativ ordusu mifdir - RƏY - ÖZƏL
"Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev birbaşa döyüşdə Ermənistana qalib gəlməyimizlə yanaşı digər heç də asan olmayan qələbəmizdən danışdı". Bunu DİASPOR.İNFO-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin sözlərinə görə, həqiqətən də 44 günlük müharibədə Ermənistanla faşist ordusu buzim üçün bir hədəf idi: "Erməni lobbisinin illərlə yaratdığı beynəlxalq informasiya ordusu isə ikinci hədəf idi. Azərbaycan Prezidenti tamamilə haqlıdır ki, biz bu hədəflərin hər ikisinə eyni vaxtda qalib gələ bildik. Ermənistanın dünyadakı muzdlu KİV tribunalarını susdurmaq Azərbaycan üçün o qədər də asan olmadı.
A.Quliyev vurğulayıb ki, beynəlxalq ermənipərəst KİV-lərlə qətiyyətli mübarizəmizdə həlledici rolu Prezidentin özünün 44 gündəki müsahibələri böyük rol oynadı: "Cənab Prezident dünya KİV-lərinə müsahibələrində erməni yalanlarını ifşa etdi, Azərbaycan həqiqətlərini inandırıcı səviyyədə dünyaya çatdırdı. Cənab Prezident Azərbaycanın həm hərbi, həm də informativ gücünü MDB liderləri qarşısında nümayiş etdirdi. Prezident İlham Əliyev sübut etdi ki, Ermənistanın hərbi ordusu da, informativ ordusu da real güc parametrlərindən məhrum olan sadəcə mif imiş. Ancaq bütün hallarda Azərbaycanın informasiya müstəvisində Ermənistanı və erməni lobbisini məğlub etməsi böyük tarixi hadisədir".
Müəllif: Aysel Məmmədova