Türkiyə vitse-prezidentinin çıxışı zamanı halı pisləşdi – VİDEO
Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb. DİASPOR.İNFO Türkiyə mediasına istinadən xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.
Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.
Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.
Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.
280