Nümunəvi Lider, Xalqına yeni nəfəs gətirən Prezident - MÖVQE ÖZƏL
"Bu il Azərbaycan xalqı öz Lideri, Ali Baş Komandanı ilə dünya tarixlərinin sırasına öz imzasını qızıl hərflərlə yazdı, bəli məhz qızıl hərflərlə. Son illər ərzində xalq olaraq əldə etdiyimiz uğurların ən alisinin şərəfinə layiq olduq". Bunu DİASPOR.İNFO-ya açıqlamasında YAP Xızı rayon təşkilatı, Gənclər Birliyinin Sədri İman Ağayev deyib.
Onun sözlərinə görə, Ali Baş Komandanımızın uğurlu siyasəti və diplomatiyası sayəsində Rəşadətli Ordumuz düşmənə öz layiqli cavabını verdi: "Əzəli torpaqlarımız Vətən müharibəsinin uğuru və qələbəsi nəticəsində öz sahiblərinə qayıtdı. Biz bu qələbəyə, həm də tək nail olmadıq, məhz yumruq kimi, dəmir yumruq kimi nail olduq. Çünki İlham Əliyev kimi dövlət başçımız var. Cənab Prezidentimiz bizə tək dövlət başçısı deyil, hər bir azərbaycanlı üçün nümunəvi qəhrəman və böyük qardaşdır".
İ.Ağayev vurğulayıb ki, İlham Əliyev Azərbaycan xalqının taleyində və Azərbaycançılıq düşüncəsinin inkişafında ayrıca bir dövrdür: "Bu da ondan ibarətdir ki, onun gördüyü böyük işlər nəticəsində Azərbaycan xalqının bütün dünyada nüfuzu yüksəlir. Bu gün heç bir azərbaycanlı özünü heç bir millətdən aşağı hiss eləmir. Xalqın qürurunu, dünya miqyasında özünü kifayət qədər yüksək hiss etməsini təmin etməyi hər dövlət başçısı bacarmaz. Bunu məhz bizim Prezidentimiz, böyük qardaşımız İlham Əliyev etdi. Biz hamımız ona minnətdarıq, ad gününü ürəkdən təbrik edirik".
Müəllif: Aysel Məmmədova