Kamerunda avtobus qəzası nəticəsində 37 nəfər həlak olub
Kamerunun qərbində avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 37 nəfər həlak olub, 18 nəfər yaralanıb. DİASPOR.İNFO "Associated Press" agentliyinə istinadla xəbər verir ki, qəza dekabrın 27-nə keçən gecə baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, paytaxt Yaunde istiqamətində hərəkət edən avtobusda 60 nəfər olub. Sərnişinlərin əksəriyyəti yeni ili qarşılamaq üçün qohumlarının yanına gedən insanlar idi. Ölənlərin sayının arta biləcəyi istisna olunmur. Hadisənin digər təfərrüatları açıqlanmır.
308