Ermənistan prezidentinin çıxışı fəlakətdən xəbər verir - ETİRAF
Ermənistan prezidenti Armen Sarkisyanın açıqlamaları ölkənin hansı fəlakətin astanasında olduğunu göstərir. Ermənistanın indiki acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.
Bu müsahibədən də göründüyü kimi
- Ermənistanda demoqrafik böhran daha da dərinləşib;
- Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq;
- Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb;
- Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur;
- Ermənistan ordusu darmadağın olub, hərbi texnika məhv edilib. Orduya çağrılacaq cannı qüvvə yoxdur.
Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır.
Beləlikə, tam bir məhv, tam bir xaos! Və bunu Ermənistan prezidenti ən yüksək səviyyədə etiraf edir...