KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: ZABİT ŞƏRƏFİNİ SONADƏK UCA TUTAN ŞƏHİD İSMAYILOV.
Şərur rayonu Qıvraq kəndi Kəngərli rayonunun mərkəzi olduğu üçün Qıvraq qəsəbəsi kimi tanınır. Qıvraq qəsəbəsi yetişdirdiyi cəsur hərbçiləri ilə həmişə öyünüb. Mayor İsmayılov Fuad Murad oğlu da, hələ uşaqlıqdan hərbçi olmaq arzusunda olub. Atası idman müəllimi olduğu üçün Fuad və qardaşları daha çevik, idmana meyilli uşaqlar idi.
Bunun nəticəsidir ki, Fuaddan əlavə kiçik qardaşı Heydər İsmayılov da, hərbçidir. Fuadın əmilərindən, dayısı oğlanları, bibisi oğlanları və ən nəhayət əmisi oğlanları da, hərbçidirlər. Təkcə doğma qohumları bir yerə toplasalar xüsusi təyinatlı dəstə belə yaratmaq olardı. Fuad xidmət etdiyi dövrdə həmişə vətənpərvərliyi ilə seçilib. Döyüşdə göstərdiyi şücaətə görə isə Prezident İlham Əliyev tərəfindən təltif də, olunub. Onun qısa lakin şərəfli avtobioqrafiyasına səfər etmək yerinə düşərdi:
İsmayilov Fuad Murad oğlu 26 oktyabr 1986-cı ildə Şərur rayon Qıvraq kəndində anadan olub. 1993-cü ildə Qıvraq kənd orta məktəbinin birinci sinifinə daxil olub. 2002-ci ildə Cəmşid Naxcıvanski adına hərbi liseyə qəbul olmuşdur.
2005-ci ildə isə Heydər Əliyev adına Ali hərbi məktəbə daxil olub.
2009 cü ildə leytenant rütbəsi alaraq AHHM-də işləməyə baslayib. 2012-ci ildə baş leytenant 2016-cı ildə kapitan 2020-ci ildə isə mayor rutbəsini almışdı. 2020-ci il 27 sentyabrında başlamış ikinci Qarabağ savaşı "Vətən" müharibəsində istirak edərək, Tərtər rayon talış kəndinin alınmasında böyük cəsarət nümayiş etdirmişdir.
Tərtər istiqamətində gedən döyüşlərdə 04 oktyabr 2020-ci ildə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. 10 oktyabr 2020-ci ildə 2-ci fəxri xiyabanda dəfn olunmuşdur.
Şəhid mayorumuz ailəli idi, özündən sonra 2 oğlan övladı vətənə yadigar qaldı.
04 mart 2014-cü il təvəllüdlü İsmayilov Xəyal Fuad oğlu və 11 iyul 2020-ci il təvəllüdlü İsmayilov Yusif Fuad oğlu atalarınınn bizlərə əmanətidir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü.