Yerevanda hakimiyyət əleyhinə nümayişlər davam edir .
Etirazçılar baş nazirin istefasını tələb edir və eyni zamanda, "Paşinyanın əmrlərini yerinə yetirən" Xüsusi İstintaq Xidmətinin işindən narazılığını bildirirlər.
DİASPOR.İNFO xəbər verir ki, müxalif Vətənin Qurtuluş Hərəkatı İrəvanın Arabkir rayonunda yürüş keçirir. Etirazçıların ifadələrinə görə, öz funksiyalarını yerinə yetirməyən və yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın əmrlərini yerinə yetirməklə məşğul olan Xüsusi İstintaq Xidmətinin binasına tərəf hərəkət edirlər.
Hərəkatın liderlərindən biri Qeqam Manukyan Xidmətin binasının yaxınlığında idarənin işi, polisin aktivistlərə qarşı hərəkətləri və müxalifətçilərə qarşı açılan cinayət işləri ilə bağlı narazılıqlarını səsləndirəcəyini söylədi.
O, Xidmətin qanun çərçivəsində hərəkət etməsi lazım olduğunu və hakim "Mənim addımım" blokundan olan deputat Sisak Qabrielyanla dava salan fəallara qarşı cinayət işi başlanarsa, müxalifətə görə, xain olan baş nazirə qarşı da iş başlatmalı olduqlarını söylədi.
“Ancaq tələbimiz hər zaman olduğu kimi eynidir - baş nazirin istefası. Bu, dəyişə bilməz, çünki hər gün ölkə üçün yeni problemlər yaradır”- etirazçı deyib.
Elçin