Ərazilərin geri qaytarılması erməniləri qıcıqlandırır Menya Hovsepyan
Ermənistan Syunik rayonunun ərazisində yerləşən su elektrik stansiyasını və onlarla hektar ərazini Azərbaycana təhvil verir. DİASPOR.İNFO Rusiyaya məxsus lenta.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Gorus merinin müavini Menya Hovsepyan “Sputnik Ermənistan”a söyləyib.
Onun sözlərinə görə, söhbət 30 hektar kənd təsərrüfatı üçün yararlı torpaqlarından gedir. Hovsepyan həmçinin demək istəyib ki, həmin torpaqlar guya sərhəd əraziləri deyil.
“Torpaqların təslim edilməsinin hansı məntiqlə baş verdiyini hələ də anlamırıq. Bu ərazilərin geri verilməsi erməniləri qıcıqlandırır. Göründüyü kimi, Ermənistan baş nazirinin xəritəsinə görə, həmin ərazilər Azərbaycanla həmsərhəddirlər”, deyə mer müavini Menya Hovsepyan bildirib.
Müəllif: İnam Hacıyev