Manukyan Ermənistana ləyaqətli gələcək arzulayıb
Gecə yarısından sonra Ermənistanda “Vətənin Xilası Hərəkatı”ndan baş nazirliyə namizəd Vazgen Manukyan və arvadı bu ölkənin paytaxtı İrəvanın Respublika Meydanında oturaq mitinqi davam etdirən vətəndaşları, etirazçıları ziyarət etdilər. D İASPOR.İNFO Ermənistana məxsus news.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Vətənin Xilası Hərəkatı”nın Facebook səhifəsində məlumat yayılıb.
Məlumatda qeyd olunur ki, fəalları yeni il münasibətilə təbrik edən Manukyan onlarla qarşıdakı addımlar barədə söhbət edib. Vazgen Manukyan, birləşərək Ermənistanın gələcəkdə güclü və ləyaqətli bir gələcəyə sahib olmanın və onu yaratmağın mümkün olmasını arzulayıb.
Müəllif: İnam Hacıyev
235