Ağdamın Qiyaslı kəndində mina və döyüş sursatları zərərsizləşdirildi
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdam rayonunun minalardan təmizlənməsi işlərini davam etdirir. DİASPOR.İNFO-nun verdiyi məlumata görə, ANAMA tərəfindən rayonun Qiyaslı kəndi ərazisində çoxlu sayda partlamamış mərmi - minalar və qadağan olunmuş sursatlar aşkar edilib. Mərmilərin daşınması təhlükəli olduğundan yerindəcə məhv edilib.
Qeyd edək ki, ərazidə əməliyyat axtarış tədbirləri həyata keçirilir.
235