“Paşinyan komandasının liderləri olmadan sıfır olduqları etirafları acınacaqlıdır” Anjela Elibeqova
"Parlamentdə çoxluq təşkil edən partiyanın əksəriyyət deputatlarının, ələlxüsus Paşinyan komandasının liderləri olmadan sıfır olduqlarını etiraf etmələri çox acınacaqlı haldır". DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Cənubi Qafqazın geopolitikası üzrə mütəxəssis Anjela Elibeqova deyib.
“Parlament çoxluğunu təşkil edən partiyanın nümayəndələri etiraf edirlər ki, lideri olmadan bir siyasi vahid olaraq sıfırdırlar. Bildirmək istəyirəm ki, bu, çox kədərli və açınacaqlı mənzərədir. Kədərli və acınacaqlıdır ona görə deyil ki, onlar yalnız ibtidai bir arxaik ideoloji asılılıqdadırlar, şəxsiyyətə pərəstişləri var, ona görə kədərlidir ki, insanların hamısı bir zaman demokratik dəyişikliklər axtarışı, gözləntiləri ilə parlament seçkiləri zamanı gedib bu partiyaya səs veriblər”, deyə Anjela Elibeqova bildirib.
Müəllif: İnam Hacıyev