Azərbaycan, Rusiya və Ermənistan liderləri 9 noyabr bəyanatını müzakirə edəcək
Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər 9 noyabr üçtərəfli bəyanatının icra edilməsinin gedişatını, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.
208