Xankəndi ermənilərindən atəş təxribatı DEZİNFORMASİYA
Dünən gecə saatlarından etibarən erməni telegram kanalları guya Şuşa şəhəri tərəfindən odlu silahlardan atəşin açılması barədə xəbərlər yayılmağa başladı. DİASPOR.İNFO xəbər verir ki, bununla bağlı müxtəlif “versiyalar” yazan ermənilərin bu riyakarlıqları da bəlli olub. Daha dəqiq desək, onların əsas məqsədləri bu gün Moskvada keçirilən görüş ətrafında saxta səs-küy qaldırmaq və sülhməramlıların sayını artırmaq olub. Lakin maraqlıdır ki, onların bu məqsədlərini elə ermənilərin özləri ifşa edib. Beləliklə, Azərbaycanın Xankəndi şəhərində eşidilən atışma səslərinin haradan qaynaqlandığı məlum olub.
DİASPOR.İNFO xəbər verir ki, bununla bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” prezidentinin mətbuat katibi Vahram Poğosyan açıqlama verib. Onun sözlərinə görə, ötən gün Xankəndi sakini olan bir neçə sərxoş havaya atəş açıb. V.Poğosyan onların saxlanıldığını açıqlayıb.
Rövşən RƏSULOV