İtkin düşən erməni əsgərlərilə bağlı 575 müraciət var
Qarabağdakı "Qaynar xətt" itkin düşənlərlə bağlı 575 müraciət qəbul edib. DİASPOR.İNFO Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bütün müraciətlər Tərəflərin Barışıq Mərkəzinin axtarış qruplarına göndərilib.
Məlumatda qeyd olunur ki, işə başladığı gündən itkin düşənlər haqqında “qaynar xətt” ə 575 zəng daxil olub. Həmçinin bildirilir ki, Rus sülhməramlılarının bütün hərəkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını alan tədbirlərə uyğun olaraq həyata keçirilir.
Diqqətə çatdırılır ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
Müəllif: İnam Hacıyev