Vazgen Manukyan: “Bunun üçün minlərlə insanı öldürmək lazım deyildi” İTTİHAM.
“Əvvəlinci gündən müharibənin qarşısını almaq olardı. Müharibəni elə bir vasitə ilə aparmaq olardı ki, biz əsas mövqelərimizi qoruyub-saxlaya bilərdik”. DİASPOR.İNFO xəbər verir ki, bunu erməni müxalifətinin lideri, baş nazirlik postuna iddiasını irəli sürən Vazgen Manikyan Rusiyanın RBK kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, müharibə vaxtı ölkə rəhbərliyində elə bir qarmaqarışıqlıq yaşanmışdı ki, artıq tez bir zamanda müharibənin dayandırılması düşüncəsi yaranmağa başladı: “Və belə təkliflər var idi, ancaq Paşinyan imtina edirdi. Onun görüşünə Ermənistanın və “artsaxın” keçmiş prezidentləri getdilər, onunla müxalifət də danışdı, ancaq o qulaq asmadı. Mən anlaya bilmirəm ki, komponentsizlik burada harada başa çatır və hansısa gizli hesablama haradadır”.
“Yolların blokadadan çıxarılması istənilən halda baş verə bilərdi, əgər danışıqlara görə Qarabağ məsələsi bu və ya digər vəziyyətdə həll olunsaydı. Bunun üçün minlərlə insanı öldürmək lazım deyildi”, deyə Manukyan müsahibəsində bildirib.
Rövşən RƏSULOV