"Bütün müddəalar ölkə mediasının inkişafına istiqamətlənib" RƏY-ÖZƏL
"Mediada hüquqi bazanın yenilənməsi 18-20 il bundan əvvəl aparılmalıydı Azərbaycanda bütün sahələrdə köklü islahatlar aparıldı, təkcə informasiya məkanından başqa. Mediamızın problemli çox olub, indi də qalmaqdadır. Onların həlli yolları ilə bağlı zaman-zaman müzakirələr aparılıb, müxtəlif fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Lakin əhəmiyyətli və müsbət nəticə verə biləcək təkliflər belə həyata keçirilməyib. Ona görə də, Azərbaycan mediası güclü hüququ bazaya söykənmədən fəaliyyət göstərərək həmişə müzakirə obyektinə çevrilib". Bunu DİASPOR.İNFO -ya Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəziniun sədri, tanınmış jurnalist Cavid Şahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaradılmasına münasibətində deyib.
C.Şahverdiyev qeyd edib ki, düzdür, həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb: "Ölkədə həyata keçirilən islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır: “Amma çatışmayan və həllini gözləyən problemlərin sayı da az deyil. Yeni yaradılan qurumun fəaliyyət nizamnaməsinə baxdıqda, orada təkcə çap mediası nəzərdə tutulmur, digər media subyektlərinin yararlanması şərtləri də yer alıb. Bu, olduqca vacib amildir ki, nəzərə alınıb. Axı agentlik, xəbər portalları, elektron media vasitələri, internet TV əhalini informasiya baxımından təmin etməkdə çap mediasını üstələyib. Onları kənarda saxlamaq olmazdı”.
Jurnalist qeyd edib ki, 1999-cu ildən qəbul edilən və son xırda dəyişiklik 18 il öncə edilən “Kütləvi İnformasiya Vasitələri” haqqında qanun köklü surətdə yenilənməli, mdernləşməlidir. Bu gün internet qəzet, sayt, agentlik, xəbər portalı, hətta internet tv-lərin sayı aydan-aya artır. “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunda “internet informasiya ehtiyatları”ndan bəhs edilsə də fəaliyyətləri ilə bağlı hüquqi tənzimləmə mexanizmləri yoxdur: “Ona görə də, sözün həqiq mənasında mediada bir özbaşnalıq, nəzarətsizlik hökm sürüb. Fikrimcə, media sahəmizdə vəziyyətin modernləşməsi, hüquqi bazanın yenilənməsi 18-20 il bundan əvvəl aparılmalıydı. Yeni yaradılan qurumun bu problemlərin tez bir zamanda aradan qaldıracağına inanıram. Fərmanda nəzərdə tutlan bütün müddəalar ölkə mediasının inkişafına, peşəkarlığın artmasına, sərbəst fəaliyyətə, yenilənməyə, güclənməyə istiqamətlənib. Çünki, Əhməd İsmayılov fonda rəhbər gətirildiyi vaxtdan şəffaflıq və obyektivlik təmin olundu, yeni mexanizmlər işlənib həyata keçirildi ki, bunlar da illərdir gözlədiklərimiz olub. MEDİA-nın rəhbəri kimi, sahəmizin daha da inkişaf etməsində, problemlərimizin aradan qaldırılmasında səyini və köməkliyini əsirgəməyəcəyinə inanırıq”.
Müəllif: Gülyana