Banqkokda Myanma qiyamına qarşı etiraz aksiyası
Myanmadakı hərbi çevrilişə etiraz edən bir qrup nümayişçi ilə polis arasında qarşıdurma bazar ertəsi Taylandın paytaxtı Banqkokda baş verib. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, etirazın Banqkokdakı Myanma səfirliyi qarşısında baş verdiyi bildirilir. Qeyd olunur ki, Myanma və Tayland vətəndaşlarından ibarət təxminən 200 nəfərin iştirak etdiyi aksiyada ən azı iki nəfər yaralanıb, polis bir neçə şəxsi həbs edib.
Müəllif: İnam Hacıyev
336