“Təxribatçılarla heç bir dialoq ola bilməz” Dmitri Peskov
Rusiya Prezidentinin mətbuat katibi 31 yanvar mitinqlərində çox sayda təxribatçının olduğunu bəyan edib. DİASPOR.İNFO Rusiyaya məxsus RİA Novosti agentliyinin yayımladığı məlumata əsasən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 31 yanvar tarixində koordinasiya olunmamış etiraz aksiyaları zamanı baş verən kütləvi həbsləri, xüsusi olaraq, orada iştirak edən çox sayda təxribatçı və xuliqanlarla əlaqələndirib.
Jurnalistlər keçən bazar günü keçirilən etiraz aksiyaları zamanı tutulan şəxslərin rekord sayına diqqət çəkərək Kremlin küçələrə çıxan insanların fikirlərini dinləməyə hazır olub-olmadığını soruşdular.
“Söhbət qanunsuz hərəkətlərdən gedir. Təbii ki, polis bu qanunsuz aksiyaların iştirakçılarına qarşı tədbir görür”, deyə Peskov jurnalistlərə cavabında qeyd edib.
“Qanun və asayişin nümayəndələrinə qarşı az və ya çox aqressiv davranışı olan xeyli sayda xuliqan, təxribatçı var idi, bu qəbuledilməzdir. Buna görə də, polis təbii olaraq hərəkət edir və tədbirlər görür”, deyə Kremlin sözçüsü bildirib.
Onun sözlərinə görə, xuliqanlar və təxribatçılarla heç bir dialoq ola bilməz, və "əlaqədar olaraq qanunun bütün sərtliklərui çərçicəsində hərəkət edilməsi" lazım gəlir. Peskov, koordinasız etiraz aksiyaları zamanı polisin sərt davrandığını, ancaq təxribatlara cavab olaraq qanun çərçivəsində olduğunu söyləyib.
“Bu hərəkətlərin hər biri ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. Burada ümumi bir tendensiya yoxdur. Ümumi bir meyl olaraq yalnız birini qəbul etmək olar, bu da ondan ibarətdir ki, polis təxribat xarakterli hərəkətlərdə sərt və qanun çərçivəsində hərəkət edib”, deyə Rusiya Prezidentinin mətbuat katibi beləliklə, koordinasiya edilməmiş hərəkətlərin iştirakçılarına münasibətdə polisin sərt hərəkətlərinin necə qiymətləndirilə biləcəyi sualını cavablandırıb.
Müəllif: İnam Hacıyev