"Regionumuzda yeni bir siyasi nizam formalaşır" - ŞƏRH ÖZƏL
"Ötən gün Cənubi Qaz Məşvərət şurasının iclası keçirildi. Hər il belə bir iclas keçirilir və prezident İlham Əliyev də bu iclasda çıxış edərək xüsusi mesajlar verir. Bu ilki məşvərət Şurasının iclası digərlərindən fərqləndi. İlk növbədə Azərbaycanın 2-ci Qarabağ müharibəsində qalib olması regionda daha da mövqeyini gücləndirib. İkinci, TAP boru kəmərinin işə düşməsi və Avropanın Cənub-Şərqinə qazın verilməsi Azərbaycanın Avropanın enerji diversifiaksiyasında sözdə deyil, artıq əməldə bunu sübut etdi". Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Azərbaycan artıq Avropa üçün əsas enerji tərəfdaşı olaraq siyasi əlaqələrin möhkəmlənməsi istiqamətində daha da fəal iştirak edəcək: "Regionumuzda yeni bir siyasi nizam formalaşır".
M.Əsədullazadə vurğulayıb ki, Azərbaycanda bu geoasiyasi prosesin içindədir: "Ona görə də Avropa ilə sıx enerji ittifaqı ölkəmizə qarşı müəyyən təhdidlərin qarşısının alınmasında xüsusi rol oyanayacaq. Məhz prezident İlham Əliyevin Avropa ilə sıx iqtisadi və enerji əməkdaşlığı ölkəmizin Avropaya intqeqrasiyasında mühüm rol oyanayacaq".
Müəllif: Aysel Məmmədova