“Ermənistan hakimiyyəti əsgərlərin həyatını xilas etmək üçün heç nə etmədi”
Erməni KİV-ləri Xocavənd rayonunda 6 erməni hərbçinin öldürüldüyünü bildirib, qətlin videosunu paylaşıb.
Videolara görə, çəkiliş dekabrın 27-də edilib, orada azərbaycanlı hərbçi deyir ki, həmin gün diversantlar tərəfindən edilən təxribat nəticəsində şəhid olmuş Elmir Qəmbərovun intiqamı alınıb.
Ölmüş erməni hərbi qulluqçuların yaxınları düşünürlər ki, səlahiyyətlilər müharibənin başa çatmasından sonra Azərbaycanın nəzarəti altında qalmış ərazilərdə gizlənmiş əsgərlərin həyatını xilas etmək üçün zəruri addımları atmayıblar.
348