Polis etirazçılara atəş açdı nümayişi dağıtmaq üçün
Myanma polisləri və hərbçiləri nümayişləri dağıtmaq üçün Mandalay şəhərində nümayişçilərə atəş açıblar. DİASPOR.İNFO xəbər verir ki, “Frontier Myanmar” portalı bu barədə öz səhifəsində müxbirinə istinadən xəbər yayıb.
"Polis və əsgərlər Mandalaydakı etirazları dağıtmaq üçün 26 və 82-ci küçələrdə nümayişçilərə atəş ediblər. Portalın jurnalisti polislərin və hərbçilərin evlərə atəş açdıqlarını, qurbanların sayının hazırda bilinmədiyini söyləyib. Bir çox nümayişçi də həbs olunub", deyə portalın Twitter səhifəsində yazılır.
Xatırladaq ki, Myanmada çevriliş 1 Fevralda baş vermişdi. Hərbçilər ölkəyə nəzarəti ələ alıblar və bütün dövlət hakimiyyətini Silahlı Qüvvələrin baş komandanı, baş general Min Aunq Hlayna veriblər. Həm də çevriliş təşkilatçıları ölkədə fövqəladə vəziyyət elan ediblər. Hadisədən sonra etirazçılar hökumət dəyişikliyi ilə razılaşmayaraq ölkənin küçələrinə çıxmağa başlayıblar.
Myanmada çevrilişdən sonra internetin söndürüldüyü də bildirilir.
Müəllif: İnam Hacıyev