Sülhməramlıların missiyası sülhü qorumaqdırsa... - ŞƏRH ÖZƏL
“Hər hansı hərbi birləşmələrin təlimlər keçməsi normal haldır. Lakin başqa bir ölkənin torpağında sülhməramlı missiya kimi fəaliyyət göstərən hərbiçilər hərbi təlim keçmək istəyirsə, sözsüz bu məsələ həmin ölkənin rəhbərliyi ilə razılaşdırılmalıdır”. Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ekspertin sözlərinə görə, bu cür özbaşınalıqla məqsədəuyğun deyil, ona görə də bunu razılaşdırılmış formada etmək lazımdır: “Mən başa düşürəm onlar hərbiçilərdir və vaxtaşırı treyninqlər, təlimlər keçirməlidirlər. Lakin onların hər halda ilk vəzifələri sülhməramlılıqdır”.
F.Sadıqov vurğulayıb ki, sülhməramlılar atəşkəsə nəzarət edirlər və atəşkəsin qorunmasına öz töhfələrini verməlidirlər: “Əgər onlar bu məqsədlə hansısa təlimlər keçirirlərsə keçirsinlər, lakin burada başqa bir dövlətin irimiqyaslı təlimlərindən söhbət gedirsə, bu bir çox suallar doğurur və mütləq şəkildə bu suallara aydınlıq gətirilməlidir”.
Müəllif: Aysel Məmmədova