Erməni antisemitizmi: Hələ də gec deyil KÖŞƏ YAZISI
Dünya faşizmə 75-76 il əvvəl qalib gəlsə də, İrəvanda hələ də "əzilməmiş" hitlerçilik ideologiyasının qalması, yaşaması, yaşadılması danılmaz fakta çevrilib. Bu fakt isə özünü bir daha Holokost qurbanlarının xatirəsinə tikilmiş memorial abidəsində də öz təsdiqini tapdı. Daha dəqiq desək, erməni-faşist vandalları abidənin məhz yəhudilərə məxsus hissəsinə, yəni ivrit dilində yazılan kəsiminə qarşı iyrənc əməl törətsələr də, qondarma erməni soyqırımı tərəfinə toxunmayıblar (?!-R.R.) Bu hal isə birinci dəfədir ki, təkrarlanmayıb. Daha əvvəllər də eyni antisemitizm münasibəti istər İrəvanda, istərsə də Ermənistanın müxtəlif bölgələrində baş verib.
Onu da qeyd etmək yerinə düşərdi ki, Qarabağdakı münqişə fonunda Ermənistanda anti-İsrail əhval-ruhiyyəsi daha da artmışdı. Misal üçün, xatırlatmaq mümkündür ki, baş nazir Nikol Paşinyan hələ ikinci Qarabağ müharibəsinin qızğın fazasında İsrailə qarşı ittihamlar irəli sürür, guya Tel-Əvivin Azərbaycana "muzdlu döyüşçülər cəlb etdiyini" iddia edir, eyni zamanda, İsrailin Azərbaycanı müasir hərbi texnikalarla, PUA-larla təchiz etdiyini bildirirdi. Halbuki, Azərbaycanın İsraillə uzun müddətdir ki, çoxsaylı, eləcə də hərbi-texniki əməkdaşlıq mexanizmləri mövcuddur və bu münasibətlərə qarşı başqa heç bir ölkənin dil uzatması baxımından nə haqqı, nə də ixtiyarı var.
Məhz bu səbəbdən, sözügedən münasibətlərdən qıcıqlanan Ermənistanın ictimai-siyasi və rəsmi dairələri "muzdlu döyüşçü" tipli sərsəm ittihamlarını irəli sürməklə, əslində, sözügedən məsələdə - antisemitizm faktorunda iştirakçı olduğunu dolayısı ilə etiraf edir.
Lakin əldə edilən digər rəsmi məlumatlar da isbat edir ki, Ermənistan nəinki postsovet məkanında, həmçinin Avropa məkanında antisemist baxışlarına görə liderlik təşkil edən ölkələr sırasında yer almaqdadır. Misal üçün, Pew Research Center-in məlumatına görə, Ermənistanın 32 % əhalisi yəhudiləri qeyri-vətəndaş hesab edirlər. Antidiffomasiya liqası isə apardığı araşdırmalarından sonra ermənilərin 63%-nin yəhudilərə nifrət etdiyini bəlli idib. Bu, eyni zamanda Ermənistanın ultramillətçilər toplumuna çevrildiyinin sübutudur.
Faktlardan biri də budur ki, antisemit baxışları ilə yanaşı, həm də anti-islamçılıq, yaxud islamofobiya, türkofobiya kimi davranışları ilə də seçilən ermənilər istər əvvəllər, istərsə də hazırkı məqamda öz faşist baxışları üzərində qalmaqda davam edirlər. Məscidlərin dağıdılması, məzarlıqların təhqirlərə, vandallıqlara məruz qoyulması, Zəngilanda Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə kompleksinin məhv edilməsi, Cəbrayıldı "Drujba" (Dostluq) bulağının dağıdılması, tarix, mədəniyyət abidələrinin yer üzündən silinməsi və bütün bunların yerinə "qədim erməni tarixinin" yazılması kimi faktorların hər birinin arxasında bir erməni faşizminin aşkar təhlükə mənbəyinin dayandığı şübhəsizdir.
Bu gün Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində erməni cəlladı və hitlerçi faşisti Njdenin büstünün ucalması, həmçinin İrəvanın mərkəzindəki böyük heyəkli də deyilənləri kifayət qədər əks etdirməkdədir. Bütün bunlardan sonra bir daha əmin olunur ki, ermənilər heç vaxt, əsla öz kirli, xəstə faşizm ideologiyalarından əl çəkənlərə bənzəmirlər və belədirsə, hələ də gec deyil, bütün bunların qarşılığı beynəlxalq aləmdə öz hüquqi tərəfi ilə verilməlidir. Yoxsa yenə də gec olacaq, çox gec...
Rövşən RƏSULOV