Berlin beşinci dəfə cavab verməkdən imtina etdi Rusiyanın Navalnı tələbinə
Alman səlahiyyətliləri, Aleksey Navalnının zəhərləndiyi iddia edilən məlumatları verməkdən yenidən imtina ediblər. DİASPOR.İNFO RenTV-yə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, şöbə, 21 yanvarda başqa bir tələbin Berlinə göndərildiyini qeyd edib. Ümumilikdə, 27 avqustdan bəri, Alman səlahiyyətliləri Rusiya Federasiyasından gələn beş müraciətə məhəl qoymayıblar.
"Alman tərəfinin, əsassız bəhanələrlə, əslində cavablardan yayınması və bunun üçün onlar üçüb əlverişsiz olan suallardan çəkinməsi açıq görünür", deyə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.
“Alman səlahiyyətlilərinin işbirliyindən başqa bir imtinasını ehtiva edən cavab tonu, "Rusiya tərəfində dərin təəssüf doğurur", deyə Baş Prokurorluq əlavə edib.
Xatırladaq ki, 20 avqustda Tomsk şəhərindən Moskvaya uçan təyyarənin göyərtəsində olan Navalnı özünü narahat hiss edib. Bloggerin olduğu təyyarə təcili olaraq Omskda eniş edib. O, reanimasiyada qospitallaşdırılıb və tənəffüs aparatına qoşulub. Avqustun 22-də Navalnı təyyarə ilə Berlin "Charite" klinikasına aparılıb. 2020-ci il sentyabr ayının sonunda klinikadan çıxıb, ancaq bütün bu müddətdə Navalnı ailəsi ilə birlikdə Almaniyada qalıb.
Onu da qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Berlin, iddia edilən hadisə ilə bağlı heç bir dəlil təqdim etmədiyi üçün, Navalnı ilə əlaqədar vəziyyətin səhnələşdirilmiş bir vəziyyət olduğunu düşünmək üçün Rusiyada bütün əsaslar var.
Müəllif: İnam Hacıyev