ZAQATALADA ƏHALİNİN PEYVƏNDLƏNMƏSİ PROSESİ ÖZ AXARINDA DAVAM EDİR.
Respublikamızda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb, desək, yanılmarıq.
Bu məsələ birbaşa Dövlət başçısının nəzarətində olduğu üçün hamılıqla çox ciddi yanaşma vardır. Prezident İlham Əliyev öz çıxışlarında da, həmişə qeyd etmişdir ki, əgər söhbət Azərbaycan vətəndaşının sağlamlığından gedirsə, deməli ən qısa zamanda və ən keyfiyyətli vaksinlər Azərbaycana gətiriləcəkdir. Bu belə də, oldu, yəni qardaş Türkiyə ilə birgə ən keyfiyyətli vaksinlər Azərbaycana da, gətirildi.
Qaldı onun icra edilməsinə, hesab edirəm ki, hər bir rayon mərkəzi xəstəxanasına və digər səhiyyə ocaqlarına üz tutarıqsa həmin yerdə Rayon icra hakimiyyəti başçıları başda olmaqla bütün Dövlət müəssisələri, səhiyyə işçilərindən sonra ilk olaraq, qeydiyyatdan keçdilər. Bu psixoloji cəhətdən çox vacib idi, çünki sadə insanlar vaksinlər haqqında sosial şəbəkələrdə o qədər neqativ şeylər oxumuşdular ki, bəzən vaksinasiya olunmaq üçün tərəddüd edirdilər. Başladığı gündən Zaqatala rayonunda bu proses könüllü olaraq, çox sürətlə aparılır. Vaksinasiya dövrünün ilk günündən bir şeyi müşahidə etdik. Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş direktoru Məcid Əliyev başda olmaqla bütün kollektiv sözün əsil mənasında səfərbər olunmuşdur.
Bu gün Azərbaycanın dilbər guşəsi olan Zaqatala rayonunda, COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün, Zaqatala səhiyyəsi bütün zəruri tədbirləri görüb desək, yanılmarıq. Əlbəttə ki, yuxarıda qeyd etdiyim kimi, əvvəlcə başda baş direktor olmaqla vaksinləri ilk olaraq, səhiyyə işçiləri vurdurduqdan sonra əhalidə sözügedən vaksinlərə inam daha da, artdı.
Belə ki, Zaqatala RMX PHŞ-da 20.01.2021-ci il tarixindən başlayan “COVİD-19” virusu əleyhinə vaksinasiya prossesi bu gün də davam etdirilir. Artıq fevral ayının 17-dən etibarən səhiyyə işçilərinin revaksinasiya prossesinə və 50 yaşdan yuxarı vətəndaşların vaksinasiya prossesinə start verilib. Eyni zamanda 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.
Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təhciz edilib. Peyvənddən sonra vətəndaşlarda heç bir narahatçılıq, ağırlaşma halları qeydə alınmayıb.
08.02.2021-ci il tarixindən başlayaraq Zaqatala RMX PHŞ-da “COVİD-19” infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə də, start verilib. Vaksinasiya prosesi bu gün də davam etdirilir. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar. Xəstəxanada yaradılan peyvənd otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksin otağına daxil olmazdan əvvəl həkim müayinəsindən keçən şəhər sakininin səhhəti haqqında məlumat toplanılır. Lazımi qeydiyyat aparıldıqdan sonra həmin şəxs peyvənd olunur.
Vaksin vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır.
Hazırda Zaqatala rayonunda Peyvənddən sonra vətəndaşlarda heç bir narahatçılıq, ağırlaşma halları qeydə alınmayıb.
Bu günə olan məlumat aşağıdakı kimidir.
Ümumi : 4744
1-ci vaksinasiya= 3405
2-ci vaksinasiya =1339
Səhiyyə işçilərinin vaksinasiyası 97 % başa çatmışdır.
50 yaşadək=916
50-65 yaş arası= 1307
65 yaşdan yuxarı=1182
Hazırda vaksinasiya işi davam etdirilir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR
VƏ YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ
427