QAXIN İCRA BAŞÇISI SAKİNLƏRƏ NƏDƏN YALAN VƏD VERİR?
Diaspor.info saytının Şimal-qərb bürosu Qax rayon sakinlərinin müraciəti əsasında bir neçə problemin iziylə qaxda araşdırmalar aparır. Hələlik Aparılan araşdırmalar birtərəflidir, çünki Qax rayon icra hakimiyyətinin binası saraydır və bu sarayın şahı əmr vermişdir ki, heç kimi qəbul etməyin.
Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevi sözügedən rayonda meşə idarəsinin müdiri vəzifəsində işləyəndən tanıyıram. ( Ağacların qənimi kimi yaddaşımda qalıb.)
Bu gün də Qax yeganə rayondur ki, Quba, Ağdam rayonundan olan vətəndaşlarımız Qaxın kəndlərində ağac emalı ilə məşğul olurlar. Çox rahat yol da, tapıblar. Bələdiyyədən bir arayış alırlar ki, guya bu sexdəki material həyətlərdəndir. Az-çox ağacdan başı çıxan adam kötüyün həcminə, keyfiyyətinə, növünə baxan kimi bilir ki, bu elə deyildir. Bu gün istər regiondakı Ekologiya idarəsi istər də, digər aidiyyati qurumlar başçının tapşırığı olan yerlərə toxunmurlar. Araşdırmalarımız zamanı Güllük kəndində Hafiz adlı bir şəxsin ağır texnika ilə kötük daşıdığının və həmin yolları necə bərbad günə saldığının şahidi olduq. Bu barədə Qax rayon polis şöbəsinə, Ekologiya nazirliyinin qaynar xəttinə də zəng vurduq. Bəli, sakinlər düz deyirlərmiş, əgər bu hallar Balakəndə baş versəydi dərhal reaksiya olacaqdı. Ancaq Musa Şəkiliyevin qorxusundan heç kim bu tərəflərə baxa bilmir. Musa məllim ETSN-nin Meşə departamentinin rəhbəri də olub. Odur ki, sözügedən nazirliyin əməkdaşları ona hörmət əlaməti olaraq, bu rayona ehtiyyatlı davranırlar.
Mən YAP veteran vəsiqəsi gəzdirdiyim üçün və Naxçıvandan YAP-ın üzvü olduğum üçün qürur duyuram. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Ağac kəsən elə bilirəm ki, mənim qolumu kəsir.
Musa müəllim bu böyüklükdə sözdən sonra özündə necə təpər tapıb rayonda belə boşluq yaradır, bax onu başa düşə bilmirəm.
VİDEOLAR BİR NEÇƏ GÜN ƏVVƏL ÇƏKİLİB.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ
YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ.
666