QAX RAYONUNUN İCRA BAŞÇISI HƏR İL SAKİNLƏRİN GÖZÜNƏ BAXA-BAXA YALAN VƏD VERİR?
QAX RAYONU KÖTÜKLÜ KƏNDİNİN STANSİYA YAŞAYIŞ MASSİVİ DEYİLƏN BİR YERİ VAR, ORADA İNSANLARI SU İLƏ İMTAHAN EDİRLƏR.
Diaspor.infonun Şimal-Qərb bölgəsinə bu barədə sözügedən yaşayış massivinin sakinləri deyib. Sakinlər bir çox problemlərdən danışıb. Külək əsən kimi günlərlə işığın olmadığından, internetin olmadığından və ən nəhayət İslam dinində populyar olan yezidlərin imamlarımızı su ilə imtahana çəkməsinə oxşayan su problemi. Ali savadlı dil ədəbiyyat müəlliməsi Ceyran Məmmədova bizimlə video-müsahibəsində bu barədə çox geniş danışıb. Ceyran xanımla bərabər bütün məhəllə sakinləri eyni problemləri yaşadıqlarını xüsusi vurğuladılar. Müəllimə dedi ki, hər il icra başçımızla görüşdə su problemini qaldırırıq. Hər il Musa müəllim bizə söz verir ki, məsələ öz həllini tapacaqdır. Lakin otuz ildir ki, su problemi öz həllini tapmır.
Jurnalist olduğumuzu bilib Uzun tala kəndindən də, insanlar öz problemlərini bizə danışdılar. Açığını desək Azərbaycanın heç bir bölgəsində rast gəlmədiyimiz bir fakta rast gəldik. Təxminən ara məsafələri 150 metr olan üç ədəd Artezian quyularına rast gəldik. Birinin üstünü tam quylamasalar da, betonlamışdılar. Üzərindəki trafareti açıb digərinə bağlamışdılar. Üzərində Prezident İlham Əliyevin sərəncamı ilə artezian quyusu qazılmışdır sözünü yazanlar görəsən heç utanmırlarmı?
Məgər cənab Prezident sizə Artezian quyusu qazın deyərkən əhalinin su problemini həll edin deyib, ?, yoxsa tezbazar quyu qazıb külli miqdarda pulu yeyin deyib. Qəribə burasındadır ki, yerin təyinatına Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev hökmən imza atır. Məgər başçı bilmirdi ki, hər 150 metrdən bir üç Artezian quyusu bir kənd üçün çoxdur? Bu gün həmin quyuların biri tamamilə işləmir, ikisi isə lilli sudan az da olsa çıxarır. Biz tərəflərdə həmin suyu mal-qaraya belə vermirlər, əvvəlcə duruldub, sonra verirlər. Bir kənddə üç artezian quyusu təxminən bir km aralıdakı yaşayış massivində isə susuzluqdan millət əziyyət çəkir?
Görəsən bu bölgünü hansı ağıllı mütəxəssis aparır?
Qax rayonunun kəndlərində apardığımız araşdırmalardan belə məlum oldu ki, millət qan ağlayır, sadəcə qorxudan səsini çıxara bilmir. Vəyaxudda səsləri cənab Prezidentə çatmır.
GÖRÜNÜR mUSA ŞƏKİLİYEV DƏ CƏNAB PREZİDENTİN ÇIXIŞLARINI TAM İZLƏMİR VƏYAXUDDA Kİ, İZLƏYİR SADƏCƏ ARXALI OLDUĞUNU DÜŞÜNÜR. ƏKS HALDA İNSANLARA BU QƏDƏR ZÜLM ETMƏZDİ.
Bir neçə kənd sakinləri də, bizə müraciət edərək Musa məllimin çöl sahələrini özü əkdiyini və buna görə də, yay uzunu onlara suyun buraxılmadığını iddia edirlər. Bu barədə də, reportaj hazırlayacağıq. hazır olan kimi oxucularımızın diqqətinə çatdıracağıq.
Hələlik isə bir kənddə üç artezian quyusunun necə qazılması bununla yanaşı qonşu kəndin susuzluqdan yanması hansı ədalətə uyğundur
oxucularımız desə daha yaxşı olar.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ
JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.
753