BAŞ REDAKTOR ZAQATALA DİAQNOSTİKA MƏRKƏZİNİN İŞÇİLƏRİNƏ TƏŞƏKKÜR ETDİ.
Diaspor.info saytının təsisçisi və baş redaktoru Əlmaniz Ələkbərli Zaqatala Diaqnostika Mərkəzinin rəhbəri professor Nəriman Əfəndiyev başda olmaqla sözügedən səhiyyə müəssisəsinin bütün işçilərinə minnətdarlığını bildirdi.
Təşəkkürünü Təbibə, Dövlət başçısına, Birinci vitse Prezident Mehriban xanıma yazan baş redaktor Zaqatala Diaqnostika Mərkəzinin işçilərinin göstərdiyi xidməti yüksək qiymətləndirərək dedyib: Başda baş direktor Professor Nəriman Əfəndiyev olmaqla, baş həkim Nüşabə xanıma, cərrah Məhərrəm Muradova, Labaratoriya şöbəsinin müdiri Vüsalə xanıma, Nərmin həkimə, USM -nin həkimi Nigar həkimə və Sevinc həkimə dərin təşəkkürümü bildirirəm. Zaqatala Diaqnostika Mərkəzinin mühafizəçilərindən başlamış, xadimələrinə kimi gülərüz və mehribandırlar. Kiçik tibb personalı da, çox məsuliyyətlidir.
Bütün bunlara rəğmən bölgənin ən nüfuzlu cərrahı Nəriman Əfəndiyeva təmənnasız xidmət yaratdığı üçün təşəkkür edirik. Bütün bu təşəkkürlərimiz Təbibin rəhbərliyinə də, ünvanlanır. Bundan əlavə Dövlət başçısı İlham Əliyev cənablarına da, səhiyyədə yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk.
Diaspor.info
Şimal-qərb bürosu
562