ƏZİZ XANIMLAR BAYRAMINIZ MÜBARƏK.
Mənim üçün “8” mart Beynəlxalq qadınlar bayramı deyərkən ilk öncə ağlıma rəhmətlik Anamı təbrik etməyim gəlir. Uşaqlığım sovetlər birliyi dövrünə düşdüyü üçün bayramlarda adi açıqca (atkritka) yazmaqla bu işin öhdəsindən ustalıqla gələrdik. Və hamı xoşbəxt idi, təbrik edən də, təbriki qəbul edən də, bu gün də, bu məsələlər çox da çətin deyildir. Xanımlar vardır ki, adi bir telefon zəngi belə çox yüksək qiymətləndirirlər. Daha sonra orta məktəb və Ali məktəb müəllimlərini təbrik etməyim yadımdadır.
Başlıyacağam Dövlət məmurlarından, ilk ağlıma gələn Ziyafət Xasıyevadır. Uzun illər Qax RİH-də müavin vəzifəsində çalışıb. Mən deyərdim ki, bu xanım hazırda beş rayonu belə idarə etmək qabiliyyətindədir. Sədaqətli, savadlı, bacarıqlı, islahatçı Dövlət məmurudur.
Daha sonra Şəki Regional Mədəniyyət idarəsinin rəisi Mirvari Zeynalova və Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanı da ürəkdən təbrik etmək istəyirəm.
Daha sonra ağlıma uzun illərdir Zaqatala rayon mərkəzi poçtamtın rəisi Namidə Süleymanova gəlir. Bu xanım YAP qadınlar şurasında da, çox fəaldır. Gözəl Ana kimi bir Ailə əxlaqı nümayiş etdirən çox az sayda xanım məmurlardandır. İşində həmişə seçilməyi bacarır, həm də, Respublikada seçilir. Rayonda isə həmişə arator, islahatçı, işinin öhdəsindən gələn bir xanım ziyalı kimi tanınır.
Növbəti ağlımda qalan xanımlardan biri də, uzun illər Dövlət qulluğunda çalışmış hazırda isə, nazirliklərin birində dövlətinə xidmət edən Zümrüd Ağakişiyevadır. Bu xanım sadəliyi, insanpərvərliyi ilə həmişə seçilənlərdəndir. Bu gün onun rayonda eyni vəzifəsini daşıyan, öz işini ustalıqla aparan Aybəniz xanım da, eyni qabiliyyətin sahibidir, onunla yanaşı gənc rəhbər Fizzə xanımı da ürəkdən təbrik edirəm.
Bu gün xanımların ən çox işlədiyi sahə təhsil və səhiyyədir desəm, bəlkə də, yanılmaram. Əvvəlcə Zaqatala təhsilindən başlayacağam, çünki mənim həyatımın ən çox mənalı günləri məhz bu rayonda keçib. Elmira Hacıyeva uzun illərin Dövlət qulluqçusu, müəlliməsi və nəhayət məktəb direktoru. Kollektivində Əsil Ana obrazını yarada bilən, arator, islahatçı xanım. Hesab edirəm ki, Elmira müəllimə 24 saatın, 25 saatını belə işləyir. Bu xanım yetişdirdiyi şagirdləri Respublikada sayılıb-seçilənlərdən etməsindən qürur duyanlardandır. Zaqatalada çox böyük hörmət etdiyim rəhbər xanımlar az deyildir. Məsumə müəllimə illərin məktəb direktoru və sayılıb-seçilən Zaqatala ziyalısıdır. Fatma müəllimə, Kəmalə xanım, Xanım müəllimə ,Almaz xanım, İradə xanım, Yeganə xanım, Elnarə xanım, Alimə xanım, Mehnurə müəllimə də, hörmət etdiyim ziyalı xanımlardandır. Əliabad qəsəbəsində Natəvan Məmmədova kimi daha bir ziyalı xanımımız vardır. Məktəb direktoru kimi islahatçı, ciddi tələbkarlığı və səmimiliyi ilə həmişə seçilib.
Sonra mənim üçün Balakən təhsilinin ən sayılıb-seçilən xanımlarından biri Şəfiqə Tütünçüyevadır. Məktəb direktoru kimi, Dövlət məmuru, bəlkə də bir bölgənin təhsilinə rəhbərlik etmək qabiliyyətinə malik bir ziyalı xanım. Ciddiliyi, tələbkarlığı, savad və bacarığı, islahatçı olduğuna görə Respublikada tanınan bir xanım ziyalıdır.
Balakəndə ikinci məktəb direktoru kimi təbrik etmək istədiyim xanım Sevil Tuğumovadır. Bu xanım azsaylı xalqın nümayəndəsidir. Onu əsil dost, tələbkar və ciddiliyi ilə hamı tanıyır. Daha sonra balakənin ziyalı xanımlarından Samirə xanım, Yeganə xanım, Kəmalə xanım, Əsiyyət xanım, Aşənnə müəllimə, Katex kəndinin nüfuzlu müəlliməsi Rəfiqə xanım, Firəngiz xanım və Balakən musiqi məktəbinin direktoru Arifə xanımı təbrik etmək istəyirəm.
Səhiyyə sisteminə gəldikdə isə mənim üçün Zaqatala Diaqnostika Mərkəzinin bütün xanımları doğmadır. Odur ki, onları ayırmaq istəmirəm. Hər birini ürəkdən təbrik edirəm.
Əziz xanımlar, ola bilsin ki, kimlərinsə adını unutdum, ancaq inanın ki, hər biriniz bizim üçün dəyərlisiniz. Allah sizləri sağlam və xoşbəxt eləsin.
Bölgənin bütün Xanımları Sizi “8” mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Baş Redaktor.
Azərbaycan Yazıçılar Birliyi Və
Jurnalistlər Birliyinin Üzvü.