XALQINA TƏMƏNNASIZ XİDMƏT EDƏN DİASPOR RƏHBƏRİ.
Diaspor.info saytı olaraq, dünyada yaşayan soydaşlarımızla bağlı maraqlı yazılar yazır, diaspor fəallarını azərbaycanda da, tanıtmağa çalışırıq. Rastlaşdığımız soydaşlarımız arasında elələri vardır ki, cibində gəzdirdiyi möhür və vəsiqədən başqa heç nəyi yoxdur. Diaspor fəaliyyəti ilə şəxsi biznesini səhv salanlar, vəyaxud işləyən diaspor rəhbərlərinə müxtəlif yollarla mane olanlar da yetərincədir. Bu hallara dünyanın hər yerində rast gəlmək olar.
Dünyada yaşayan soydaşlarımız arasında elələri də, vardır ki, vətəninə təmənnasız, canıyla, qanıyla və reklamsız xidmət edirlər.
Bunlardan biri və mən deyərdim ən birincisi Yunus Alıyevdir. Yunus Alıyev Azərbaycan Konqresinin Nikalayev vilayəti üzrə sədridir. Diaspor.info saytı onun gördüyü işləri mütəmadi işıqlandırmağa çalışıb. Lakin Ağsaqqalın durmadan Vətəni üçün etdiklərini kitaba yazsaq belə azdır.
Yunus Alıyev haqqında əvvəllər elə də çox yazılmayan bir el ağsaqqalıdır, o, həmişə reklamın əleyhinə olduğunu söyləyərək müsahibələrdən qaçırdı. Ancaq illər öncə biz onunla görüşüb gördüyü işlərin nə qədər böyük olduğunu və bu işlərin bir nümunə kimi dünyada yayılmalı olduğunu deyəndən sonra müsahibəyə razılıq verdi. Və həmin vaxtdan saytımızla əməkdaşlıq etməyə başladı. Yunus müəllim “416-cı Taqanrok Diviziyasına” qoydurduğu abidə kompleksi yüksək keyfiyyətli mərmərdəndir. O, Azərbaycanlıların Ukrayna, Moldova və Belarusda göstərdiyi şücaətini özündə əks etdirən Döyüş yolu lövhəsini elə yaradıb ki, buranı ziyarət edən bütün qonaqları valeh edir. Hətta Böyük Vətən müharibəsi iştirakçıları buranı ziyarət edərkən göz yaşlarını saxlaya bilməyiblər. Hər il 9 may qələbə günündə Nikalayevdə havaya qırıcı təyyarələr qaldıran, Azərbaycanlıların qəhrəmanlığını, Ukrayna xalqını Alman faşistlərindən məhz Azərbaycanlıların xilas etməsini bütün dünyaya nümayiş etdirən Yunus Alıyev təkcə bununla kifayətlənmir. Onun gördüyü işləri sadalamaqla bitmir. Hətta soydaşlarımızın belə ona mane olmasına baxmayaraq “Xocalı “ soyqırımı ərəfəsində Nikalayev şəhəri başdan-ayağa erməni cəlladlarının fəhşiliyini özündə əks etdirən reklam tablolarıyla bəzədilir.
416-cı Taqanrok diviziyasının şərəfinə qoyulmuş memarial abidə kompleksinin tanıtım lövhələri isə, özlüyündə Azərbaycan xalqının ayrıca bir reklamıdır. Belə ki, lövhədə qarşıda Azərbaycanlıların qəhrəmanlığını əks etdriən memarial kompleks sözünün yazılması, həm də, tablonun Kiyev magistral yolunun üstündə olması, bu o deməkdir ki, hər gün minlərlə əcnəbi Azərbaycan sözünü oxuyur. Bax bu xalqımız üçün əvəzolunmaz bir təbliğatdır. Yaşının ahıl çağına baxmayaraq, Azərbaycan dövləti, dövlətçiliyinin qorunması üçün də, təbliğatından qalmır.
Düzdür onun xidmətləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə qiymətləndirilib.
44 günlük İkinci Qarabağ savaşı, Vətən müharibəsi zamanı da, Yunus Alıyev Silahlı Qüvvələrin yardım fonduna xeyli vəsait köçürdü. Əlbəttə ki, o bütün tərəfdarlarını başına toplayaraq, birgə vəsait toplamağa nail oldu. Nikalayev Azərbaycanlıları 17.000 -ə yaxın manat ödəməklə Azərbaycan əsgərinin və Prezidentimizin yanında olduqlarını göstərdilər.
Yunus Alıyev ağsaqqal yaşında durmadan, yorulmadan, həzz alaraq vətəninə xidmət etməkdən qürur duyur. O, Ukraynaya gəlmiş Amerikalı qonaqlarla görüşlər keçirir və Azərbaycan haqqında geniş məlumatlar verir. Artıq neçə illərdir ki, Nikalayevdə yaşayan Azərbaycanlı iş adamlarının və bir sıra diaspor fəalları haqqında Nikalayev şəhər Ensiklopediyası adlı kitabında ayrıca məqalələr dərc edilir. Buradan görsənir ki, Yunus Alıyev özünü deyil, xalqını düşünür və onun xalqının necə qəhrəman, xeyirxaq olduğunu nümayiş etdirir. Bunun üçün xeyli əsaslar da vardır. Məsələn, qanvermə aksiyalarının keçirilməsi, müxtəlif tədbirlərin təşkili buna əyani sübutdur. Ona bu işlərdə ən yaxın kömək edən isə Nikalayev meriyasında işləyən, yetişmiş siyasətçi Anar Axundovdur.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər
Və Yazıçılar Birliyinin Üzvü.
527