“Vəziyyət regionda dəyişib” Ann Linde (ATƏT-in fəaliyyətdə olan sədri)
“Vəziyyət regionda dəyişib”. Diaspor.info xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda atəşkəsin elan olunması ilə bağlı verdiyi bəyanatı alqışlayıb.
Xanım Linde xüsusilə vurğulayıb ki, Avropadakı təhlükəsizlik sistemini qorumaq və hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçin əsas prioritetidir. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini də Ann Linde əlavə edib.
Müəllif: İnam Hacıyev