Ermənilər Qafandakı mövqelərini tərk edirlər
Tiqran Abramyan: “Əmrdə hərbçilərin silahsız və güllə darağı olmadan növbə çəkmələri tələb olunur”
“Görün əsgərlərimiz Sünik (Zəngəzur) sərhədlərini hansı vəziyyətdə qoruyurlar! Hakimiyyət hansı, haraya baxır? Nəyə görə onlar bu cür şəraitdə postları qorumalıdırlar? Bu cür soyuqda çadırlarda yaşayacaqlar? Hansı ki, düşmən hər yerdə möhkəmlənir! Kimlər ki, hakimiyyətin hipnozundan hələ də ayılmayıbsa bütün bnlara baxın və nəticələr çıxrın! Artıq burada söhbət ordudan gedir, nəticə çıxarın ki, belə bir hakimiyyətdə bizim sonumuzdur! Ordu yoxdursa, dövlət də yoxdur!”.
Diaspor.info xəbər verir ki, bu barədə erməni teleqram kanalları Zəngəzurda, daha dəqiq desək, Qafan yüksəkliklərinin birində çəkilmiş videomaterialı yayaraq yazırlar. Videomaterialdan da göründüyü kimi, heç bir normal şəraitləri olmayan erməni hərbçiləri giley-güzar etməklə yanaşı, bütövlükdə erməni ordusunun çıxılmaz halda olduğunu deyirlər.
Mövqenin konkret nömrəsi səslənir ki, bu da həmin yerin Qafanda olduğunu təsdiq edir
Məlumatla bağlı Ermənistanın “Enaket” analitik informasiya mərkəzinin rəhbəri Tiqran Abramyan feysbuk sosial şəbəkəsində yazıb ki, ordu rəhbərliyi hərbçilərdən həmin mövqeni tərk etməyi tapşırıblar və strateji mövqenin harada yerləşdiyi də videoda açıqlanır.
Onun sözlərinə görə, bu kimi müvafiq dərclərin təhlükəli olması barədə çox danışmaq və mühakimə yürütmək olar.
“Birincisi, yeni reallıqlarda yeni müdafiə məntəqələri vacibdir və biz yeni cəbhə xəttinin necə olacağını, hansı texnika, bölmələr və yaşayış sahələri ilə təchiz olunduğunu təsəvvür etməliyik”, yazan Abramyan davam edir: “İkincisi, aydın görünən budur ki, qısa zamanda müdafiə xəttini yaratmaq çətindir və bu da yaşayış problemini, xidmət aparmaq üçün təhlükəsizliyi təmin etməyə imkan yaratmır, ancaq minimal yaşayış səviyyəsini təmin etmək üçün ilkin mərhələdə təcili ölçülər götürülməlidir”.
“Üçüncüsü, bununla yanaşı ordudakı şəxsi heyətlə izahlı, maarifləndirici və psixoloji işlər aparmaq lazımdır. Dördüncüsü, hərbçilər videoda deyirlər ki, onlara mövqeni tərk etmələri üçün əmr verilib, videoda mövqenin konkret nömrəsi səslənir ki, bu da həmin yerin Qafanda olduğunu təsdiq edir”, deyən Abramyan əlavə edib: “Hətta mən söhbətin hansı əmrdən getməsini və hansı məqsəd daşıması barədə verilən suallara da cavab vermək istəmirəm. Beşincisi, videoda qeyd olunur ki, əmrdə hərbçilərin silahsız və maqazinsiz (güllə darağı) növbə çəkmələri tələb olunur”.
Beləliklə, buradan belə bir nəticə çıxarmaq olar ki, artıq Ermənistanın ərazisi sayılan Qafanda mövqe tutan erməni hərbçiləri artıq həmin əraziləri də tərk etmək məcburiyyətindədirlər və eyni zamanda, onların sosial vəziyyətlərinin, təchizatlarının da təmin olunmaması posesi demək olar ki, adi hala çevrilib.
Rövşən RƏSULOV