"Astra zeneka" vaksinin istifadəsi Daha bir ölkədə qadağan olundu
İrlandiya "Astra zeneka" vaksininin istifadəsini dayandıran 5-ci Avropa ölkəsi olub. Norveç Dərman Agentliyinin məlumatına görə, İrlandiya Səhiyyə Nazirliyi, Covid-19 vaksini "Astra zeneka"nın təcili istifadəsini müvəqqəti olaraq dayandırılmasını tövsiyə edib. Diaspor.info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə Avropa Birliyinin (AB) üzvü olan Bolqarıstan, Danimarka, Avstriya və Norveç "Astra zeneka" peyvəndinin istifadəsini dayandırdıqdan dərhal sonra ikinci addım İrlandiyadan gəldi.
İrlandiya Səhiyyə Nazirliyi, hazırda istifadə olunan "Oxford-Astrazeneka" koronavirus peyvəndinin, Norveçdəki 3 tibb işçisində qan laxtalanması və trombositlərin az olması səbəbi ilə xəstəxanaya yerləşdirildikdən sonra dayandırılmasını tövsiyə edib. Nazirliyin müvafiq qərarı ilə İrlandiya Milli Sağlamlıq Məsləhət Komitəsinə çatdırdığı qeyd edilib. İrlandiyada indiyədək 600 minə yaxın insan koronavirus əleyhinə peyvənd olunub. Bunların təxminən yüzdə 20-si "Oxford-Astrazeneka" peyvəndləridir. Peyvənd müvafiq qurumlar tərəfindən təsdiqlənsə də, əvvəlcə 70 yaşdan yuxarı olanlara tövsiyə edilməyib. Avropa Dərman Agentliyi, "Oxford-Astrazeneka" peyvəndini təsdiqlədi və keçən yanvar ayının sonunda tədarük çətinliklərinə baxmayaraq 300 milyon doza sifariş verib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir neçə gün əvvəl verdiyi açıqlamada sözügedən peyvəndin istifadəsinin davam etdirilməli olduğunu bildirib.
Arzu Qurbanlı